Sərdar Məmmədov

Köşə yazarı

17:27 10 Oktyabr 2017 1024
A- A+

Toyda şalvarı cırılan bəylər

Son vaxtlar saytlarda bu tip başlıqlar altında müxtəlif yazılar qarşımıza çıxır.

Əsas məsələ isə saytlarda deyil, toylarımızdadır. Cəmiyyətin sürətli inkişafı bura da öz təsirini göstərməkdədir. Bəy və gəlinlərimiz toya gələcəklərini dəyişdirəcək bir mərasim kimi deyil, sanki “yarış meydançası” kimi baxırlar.

Bizim toyumuz başqalarınkindən daha yaxşı olsun, qeyri-adi hədiyyələr, bahalı gəlin maşını, rəqslər olsun...olsun...olsun...

Bu istəkləri daha da artırmaq mümkündür.

Toylarda israfçılığın baş alıb getməsi, milli mentalitetimizə yaraşmayan hərəkətlərin çoxalması, bəy-gəlinin özlərini gülünc vəziyyətə salması həmin arzuların nəticəsidir.

Bunu da nəzərə alaq ki, bu fərqli istəklər həmişə yaxşı sonluqla bitmir.

Saytlarda qarşımıza çıxan yazılar bunun bariz nümunəsidir. Sonu biabırçılıqla bitən bu hadisələrdən bir neçəsini xatırlatmaq yerinə düşər:

"Toyda qeyri-adi rəqs edərək özünü göstərməyə çalışan bəyin şalvarı cırıldı."

Tortkəsmə mərasimi zamanı gəlinin zarafatı (tort dilimini bəyə uzadır, o yemək istəyərkən kənara çəkir. Bu bir neçə dəfə təkrar olunur.) bəyi əsəbləşdirir və gələcək həyat yoldaşının əlindən vuraraq tortu yemir.

Bəli, nə qədər qəribə gəlsə də, bu hadisələr istər Azərbaycan, istərsə də digər ölkə toylarında artıq dəfələrlə yaşanıb.

Ortaya maraqlı sual çıxır bu lazımsız hərəkətlər nəyə lazımdır axı?!

Sanki, biabır olmaq bir növ adət halına çevrilib. Əvvəllər adi xoşagəlməz hadisəyə görə insanların üzü qızarırdısa, artıq ondan əsər-əlamət belə qalmayıb.

Əlbəttə, belə hərəkətlərlə gənc nəsilə nələrisə aşılamaq mümkünsüzdür.

Belə gedişatı nəzərə alsaq, yaxın illərdə də bunların düzələcəyini demək, həqiqətə uyğun olmazdı.

SƏRDAR MƏMMƏDOV / METBUAT.AZ

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI