Sərdar Məmmədov

Köşə yazarı

17:25 24 Aprel 2018 6914
A- A+

​KƏNDLİSƏN, YOXSA ŞƏHƏRLİ? - Hamımız azərbaycanlıyıq

KƏNDLİSƏN, YOXSA ŞƏHƏRLİ?

İlk baxışda sadə və asan görünən suala oxşayır. Əslində isə belə deyil. Bu suala görə həyəcanlanan, özünün itirən, nə cavab verəcəyini bir neçə dəqiqə fikirləşən belə şəxslər var. “Görəsən kəndliyəm, desəm gülməzlər ki?”, “şəhərliyəm desəm, şəhər uşağı deyib ələ salmazlar ki?” deyə düşünənlər də var.

Son günlər sosial mediada bu yönümlü yazılan statuslar və yaxud efirdə təhqirə oxşar ifadələrin səsləndirilməsi heç də birmənalı deyil. Və normal düşünən insanlar tərəfindən düzgün qəbul edilməməlidir.

Bu cür suallarla eyni xalqın, eyni ölkənin fərdlərini bir-birindən fərqləndirmək zarafatyana belə olsa hörmətsizlikdir. Hamımız azərbaycanlıyıq, hamımız kəndliyik, hamımız şəhərli...

“Kəndli və şəhərli” mövzusu haqqında çox danışmaq, çox sözlər istifadə etmək olar.

Bu sual ətrafında illərdir diskussiyalar gedir və getməkdədir. Ona görə də uzun-uzadı deyildə, bir neçə qısa cümləylə bu məsələyə aydınlıq gətirmək mümkündür.

Bu sualı insanlar bir-birinə hansısa mənfi hərəkət etdiyində, hansısa texnikanı təzə gördüyü və istifadə qaydasını bilməyərək yanlışlığa yol verdiyində, özünü digərlərinin yanında “yekə” apardıqda və.s verirlər.

Sanki hamı hər şeyi biləcək və yaxud ilk dəfə görən kimi öyrənəcək. Belə anlayış yoxdur. Bu? tədricən baş verəcək prosesdir və buna görə də insanları qınamaq olmaz.

Qeyri-adi hərəkətlər edən, insanlara mənfi örnək olan, danışığını, hərəkətini bilməyən, özünü “yekə” aparan şəxslər dünyanın hər yerində, hər ölkəsində var. Bu normal haldır. Hər kəs “super insan” olacaq deyə bir anlayış yoxdur.

Ona görə də qarşınızdakı şəxsə bu cür sual verməmişdən öncə ətraflı düşünmək və nəticə çıxararaq addım atmaq daha uyğundur.

Bununla da heç kəs bir-birindən inciməz, yaxud kin bəsləməz. Və rahat şəkildə utanmadan bu cür suala cavab verər.

Sərdar Məmmədov / Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI