Pranga
Müğənni
2012 - günümüz
O günlər tək (ft. Ali Ashikar ft. Lakonik), Poçtalyon, Parisə "salam" de, Sənsiz Yollardayam, Əlvida, İnferno, Sən Gəlməz Oldun, Ölsəm... bağışla (chorus: Lakonik), Nargin, Məni Gözəl Xatırla, Yolçu, Səssiz Gəmi, Qırmızı (outro)
Epilepsiya, Əlvida (flamenco), İnferno
Cavid Afiq oğlu Əmirxanlı
Ad,Soyad Pranga
Yaş 11 Yanvar 1996 (28 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Repçi, Yazıçı
Yenilənmə tarixi 30-12-2016

Cavid Əmirxanlı 11 yanvar 1996-cı ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur.

2013-cü ildə Emin Əliyev adına 234 nömrəli orta məktəbi bitirmiş, sonra isə İstanbul'da Mərmərə Universitetinin Ədəbiyyat fakültəsinə daxil olumuşdur.

İlk şeirini 7 yaşında yazan Pranga, rep musiqisiylə 11 yaşında, Tupac Shakur sayəsində maraqlanmağa başlayıb. Eyni zamanda Türkiyə repindən Sagopa Kajmer, eləcə də yerli repdən H.O.S.T və Rap Out Clan həmin illərdə onun maraq dairəsində olub. Bu illər ərzində bir çox məktəblərarası şeir müsabiqələrinin qalibi olan Pranga'nın ədəbiyyata olan bağlılığı ilk yazdığı şeirlərdə də artıqlaması ilə öz əksini tapıb.

İlk peşəkar layihəsi olan "Gilyotin" track'inin səsyazması 2013-cü ildə Bakı'da baş tutub. Bundan sonrakı layihələr isə ardıcıllıqla İstanbul'da, Jüpiter Müzik'də hazırlanaraq dinləyicilərə təqdim olunub.

2014-cü ilin avqust ayında "Yağış Qadın" adlı track dinləyici kütləsi tərəfindən böyük maraqla qarşılanıb. Bundan sonrakı track'lər Pranga'nın da üzv olduğu Samazan Fraternity logosu altında paylaşılmağa başlayıb.

2015-ci ilin aprel ayında "Epilepsia" adlı ilk klipi dinləyicilərə təqdim olunub.

2015-ci ilin əvvəllərində Pranga şəxsi səbəblərdən dolayı Samazan Fraternity'dən ayrılaraq fəaliyyətinə fərdi şəkildə davam etməyə başlayıb.
2015-ci ilin ortalarında Pranga "Qırmızı" albomunu hazırlamağa başlayır.