Türkiyənin "Trabzonspor" klubu yeni transferini ictimaiyyətə təqdim edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin formasını geyindiyi Super Liqa təmsilçisi seneqallı futbolçu Zarqo Tureni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2+1 illik müqaviləyə imza atıblar.

28 yaşlı mərkəz müdafiəçisinin son klubu Fransa "Loryan"ı olub.

Turenin təqdimat mərasimində çıxış edən "Trabzonspor"un vitse-prezidenti Hayrettin Hacısalihoğlu böyük ehtimalla, seneqallı futbolçunun sonuncu transfer olduğunu bəyan edib.

Milli.Az