23:39

Atam komada idi. Bir saata yaxın olar ki, dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu sözləri Oxu.az-a əməkdar artist Həsənağa Sadıqovun oğlu Elşən Sadıqov deyib.

O, atasının vəfat etdiyini təsdiqləyib.

Qeyd edək ki, bu gün Həsənağa Sadıqovun ölüm xəbəri çıxsa da, sonradan oğlu və yaxınları sənətçinin ölmədiyini, can üstə olduğunu bildirmişdi.

---------

15:30

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun vəfatı ilə bağlı öz "Instagram" səhifəsində məlumat yayan aparıcı Hacı Nuran Hüseynov yeni xəbər yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, aparıcı səhifəsində xəbəri yeniliyərək sənətkarın sağ olduğunu qeyd edib.

--------

14:54

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış musiqiçi Həsənağa Sadıqovun sosial mediada vəfat etdiyi barədə Hacı Nuran məlumat yayıb.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, sənətkarın ailəsilə əlaqə saxlayıb. Gözyaşlarına boğulan oğlu Elşən Sadıqov atasının dünyasını dəyişmədiyini və can üstündə olduğunu bildirib:

"Mənə danışmaq çox ağırdır, atam can verir. Danışa bilmirəm..."

Oğlu həmçinin bildirdi ki, Hacı Nuran bilmədən belə xəbər yayıb?

"O indi atamın yanına gəlir".

H.Sadıqov uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkir.

Qeyd edək ki, sənətkar Salyanda yaşayırdı.

----------
13:33

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

67 yaşlı sənətkar uzun müddət idi ki, yataqda müalicə olunurdu.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Həsənağa Sadıqov dünyasını dəyişdi - Oğlu təsdiqlədi - YENİLƏNİB - VİDEO - FOTO Həsənağa Bilal oğlu Sadıqov