Bəzi məktəbəhazırlıq qruplarında təhsil ödənişli ola bilər - BŞTİ

Qanunvericiliyə uyğun olaraq Təhsil Nazirliyinin icazəsi ilə bəzi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli şəkildə həyata keçirilə bilər.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib.

O qeyd edib ki, bu gün məktəbəhazırlıq qruplarının ödənişli olması məsələsi gündəmdə deyil: "Məktəbəhazırlıq qruplarında təhsilin ödənişli şəkildə həyata keçirilməsi üçün Təhsil Nazirliyindən razılıq alınmalıdır".

İ.Abdullayeva hazırda məktəblərdə yaradılan məktəbəhazırlıq qruplarının ödənişsiz əsaslarla fəaliyyət göstərdiyini, növbəti tədris ili üçün sənəd qəbulu elan edilən məktəbəhazırlıq qruplarının da ödənişsiz olacağını söyləyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR