Əməkdar artist Elza Seyidcahan bu dəfə çantası ilə təəccübləndirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "10-dan sonra" proqramına qatılarkən onun üçün xüsusi hazırlanan çantanı nümayiş etdirib. Seyidcahan bildirib ki, üzərində öz şəkli olan aksessuar satışa da çıxarılacaq:
"Bu çantanı istedadlı rəssam mənim üçün hazırlayıb. Hələ satışa buraxılmayıb, eksklüziv olaraq bir dənə məndədir. Hər zaman öyrəşmişik xarici ulduzların köynəkləri, papaqları, çantaları olsun. İndi mənim də var".
Milli.Az