Cəlilabadda iki toyda kütləvi dava - Yaralananlar var

Cəlilabadda iki toyda kütləvi dava - Yaralananlar var
10:08 19 Avqust 2018
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Cəlilabad rayonunda keçirilən iki toy mərasimində kütləvi dava baş verib.

İlk hadisə rayonun Uzuntəpə kəndinə qeydə alınıb.

Buradakı mərasimdə kənd sakinləri, iki qardaş - 1994-cü il təvəllüdlü Həsənov Şamxal İlham oğlu və 1997-ci il təvəllüdlü Həsənov Adəm İlham oğlu döyülüblər.

Yaralılara Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi yardım göstərilib.

Daha bir kütləvi dava rayonun Göytəpə şəhərində olub. 1984-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tural Əyyar oğlu tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hər iki faktla bağlı araşdırma aparılır (Report).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/250940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR