Cəlilabadda iki toy mərasimində kütləvi dava baş verib

Ötən gecə Cəlilabad rayonunda keçirilən iki toy mərasimində kütləvi dava baş verib.

Metbuat.az-ın report.az-a istinadən verdiyi məlumata görə, ilk hadisə rayonun Uzuntəpə kəndinə qeydə alınıb.

Buradakı mərasimdə kənd sakinləri, iki qardaş - 1994-cü il təvəllüdlü Həsənov Şamxal İlham oğlu və 1997-ci il təvəllüdlü Həsənov Adəm İlham oğlu döyülüblər.

Yaralılara Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi yardım göstərilib.

Daha bir kütləvi dava rayonun Göytəpə şəhərində olub. 1984-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tural Əyyar oğlu tanıdığı şəxslər tərəfindən döyülüb.

Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR