Naxçıvanda 13 məzun qızıl medala layiq görüldü

Bu il muxtar respublikanın ümumtəshil məktəblərini bitirən məzunlardan 13-ü qızıl, 11-i gümüş medala, 151-i isə fərqlənmə attestatına layiq görülüb.

Metbuat.az xəbər verir ki, həmin məzunlar onlara göstərilən etimadı doğruldub. “Qızıl” və “Gümüş” medallara layiq görülənlər qəbul imtahanlarında 620-695, fərqlənmə attestatına layiq görülənlər isə 500-700 arası bal toplayıb.

Qeyd edək ki, Naxçıvanda 2017-2018-ci tədris ili üzrə ali məktəblərə qəbul olan məzunların 331-i imtahanlarda yüksək nəticə göstərərək 500-700 intervalında bal toplayıb.

Xəbərdarlıq: Bəzi yerlərdə şimşək çaxacaq, leysan yağacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR