"Atletiko"nun müdafiəçisi Felipe Luis komandadan ayrılacaq.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Madrid klubunun qapıçısı Yan Oblak məlumat verib. O bildirib ki, hər bir futbolçunun qərarına hörmətlə yanaşmaq lazımdır:
"Bu, bir qədər təsirlidir, amma futbol belədir. Gəlin, hadisələrin necə olacağını gözləyək. Hazırda Felipenin sərfəli təklifi var. Hər futbolçunun qərarına hörmət etməliyik".
Qeyd edək ki, braziliyalı futbolçunun PSJ-yə keçəcəyi gözlənilir. "Atletiko" Luisin mümkün gedişindən sonra onun boşluğunu "Çelsi"dən Markos Alonso ilə doldurmaq istəyir.
Milli.Az