Naxçıvanda müəllimlər ilk dəfə test imtahanı verib

Test imtahanında hər bir namizədə ümumilikdə 80 sual olmaqla, ixtisas üzrə 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 test tapşırığı təqdim edilib. Sualları cavablandırmaq üçün isə 120 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə test imtahanlarının videoçəkilişi də aparılıb.

Metbuat.az-ın məlumatına görə, stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini, yəni 48 balı, digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini, yəni 64 balı düzgün cavablandıran namizədlər keçid balını toplamış hesab edilib. Test imtahanı bitdikdən sonra isə iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim olunub. Keçid balını yığmaqla ən yüksək bal toplayan şəxs müvafiq vəzifəyə təyin olunacaq. İmtahanların nəticələri isə komissiyanın rəsmi internet səhifəsində yerləşdiriləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 17 iyul 2018-ci il tarixdə müsabiqə elan edilib. Müsabiqəyə 165 vakant vəzifə çıxarılıb. Həmin vəzifələrin tutulması üçün 527 namizəd sənəd təqdim edib. Onlardan 525 namizəd test imtahanına buraxılıb. Digər iki namizədin diplomlarının “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində mövcud olmadığı üçün test imtahanına buraxılmayıb.

Muxtar respublikada ilk dəfə olaraq müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçirilir.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR