Gəncədə çoxmərtəbəli binada yanğın: zəhərlənənlər var - FOTO

Gəncədə çoxmərtəbəli binada yanğın olub.

Metbuat.az ARB-yə istinadən məlumat verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsi, 48A ünvanında qeydə alınıb.

Alov 5 mərtəbəli binanın beşinci mərtəbəsində yerləşən Günay Abdullayevaya məxsus 103 kvadratmetrlik beş otaqlı evdə meydana gəlib. Mənzilin bir otağında 12 kvadrat

Dərhal hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Sakinlər təxliyə edilib, alov söndürülüb. Tüstüdən zəhərlənən sakinlərə ilkin yardım göstərilməsi üçün hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Maral Tahirqızını tanıyan olmadı- VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR