DİM istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir

Dövlət İmtahan Mərkəzi bu il I-IV ixtisas qrupları üzrə yaz qəbul imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir.

Metbuat.az-a Mərkəzdən verilən məlumata görə, onlayn sınaq imtahanı vermək istəyənlər rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.

Hal-hazırda 2018-ci il 13 və 20 may tarixlərində keçirilmiş imtahanlarda istifadə olunmuş sual kitabçaları (Azərbaycan bölməsi) http://otk.az portalına yerləşdirilmişdir.

Abituriyentlər, həmçinin 2015-2017-ci illərdə keçirilmiş qəbul imtahanları, 2018-ci ildə keçirilmiş sınaq imtahanları, 2017-ci ildə 9-cu və 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında istifadə olunmuş test tapşırığı nümunələrindən ibarət onlayn sınaq imtahanlarına yazıla bilərlər.

Portalda 2019-cu ildə tətbiq olunacaq yeni qəbul modelinə uyğun 10-cu sinif şagirdləri üçün mayın 6-da keçirilmiş sınaq imtahanı kitabçaları əsasında da onlayn imtahan vermək mümkündür.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR