Yəmənin sabiq prezidenti Əli Abdulla Saleh ölkəni tərk edib

13:12 23 Aprel 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 13:04 ]


Bakı, Ülkər Bəkirli - APA. Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin Yəməni tərk edərək ABŞ-a getdiyinə dair xəbərlər yayılıb.

 

APA-nın “Al Arabia” telekanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanın yüksək rəsmilərinin bu barədə yaxın günlərdə rəsmi xəbər yayacağı bildirilib.

 

ABŞ isə keçmiş ölkə başçısının Birləşmiş Ştatların ərazisində olmasını, səfər üçün viza verildiyini rəsmi olaraq təsdiqləməyib.

  

Qeyd edək ki, bir müddət əvvəl Ə. A. Saleh ABŞ-a müalicə üçün gedəcəyini deyib.

 

Lakin Cibutiyə səfəri əngəlləndikdən sonra o, ümumiyyətlə ölkəni tərk etmək niyyətində olmadığını bəyan edib.

 

73 yaşlı Ə. A, Saleh Yəmən əhalisinin 48%-ni təşkil edən Zaidi şiələr icmasına mənsubdur.

 

O, 30 il Yəmən prezidenti olduqdan sonra devrilib, 2006-2010-cu illərdə Yəmənin böyük bir ərazisini nəzarət altına alan “Ənsar Allah” qiyamçılarına qarşı hərbi əməliyyatlar aparıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR