Orta məktəb dərslikləri yeni məzmunda hazırlanıb - Təhsil Nazirliyi

Yeni tədris ili üzrə 11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib.

Qeyd edək ki, orta məktəblərin şagirdləri dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər. Proses sentybarın 3-dən başlayıb və hazırda davam edir.

Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Havanın temperaturu aşağı düşəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR