00:39

UEFA Millətlər Liqasında ikinci turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması ikinci görüşünü səfərdə Maltaya qarşı keçirib. Qurban Qurbanon komandası ilk qələbəsini məhz bu görüşdə qazanmaq istəsə də, bu, mümkün olmayıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Yığmamızın yer aldığı 3-cü qrupun digər oyununda isə Kosovo Farer adalarını qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.

Bu nəticələrdən sonra Kosovo 4 xalla turnir cədvəlinə başçılıq edir. Farer adaları 3 xalla 2-ci, millimiz 2 xalla 2-ci, Malta isə 1 xalla sonuncudur.


Millər Liqası, D liqası

3-cü qrup, II tur

10 sentyabr

Malta - Azərbaycan - 1:1
Qollar:
Andre Aqius, 10-pen (1:0), Təmkin Xəlilzadə, 26 (1:1)
Hakimlər: Nikola Dabanoviç, Milovan Djukiç, Jovica Tatar, Aleksandar Djikanoviç (Monteneqro)
Ta`Qali. "National Stadium


Kosovo - Farer adaları - 2:0
Qollar
: Zeneli, 50, Nuhiu, 55

1.

Kosovo

2

1

1

0

2:0

4

2.

Farer adaları

2

1

0

1

3:3

3

3.

Azərbaycan

2

0

2

0

1:1

2

4.

Malta

2

0

1

1

2:4

1

10.09.2018

23:37

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Malta-Azərbaycan oyununda birinci taym başa çatıb. Milli.Az Trend-ə istinadən bildirir ki, hesabı Malta yığması 10-cu dəqiqədə açıb. Aqius millimizin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib.

Lakin Azərbaycan millisi hesabı bərabərləşdirə bilib. Belə ki, 26-cı dəqiqədə müdafiəçi Təmkin Xəlilzadə rəqib qapıçısını məyus edib.

Birinci taym 1:1 hesabı ilə başa çatıb.

Xatırladaq ki, matçın baş hakimi Nikola Dabanoviçdir. Ona Milovan Djukiç və Jovica Tatar kömək edirlər. Dördüncü hakim funksiyasını Aleksandar Djikanoviç yerinə yetirir.

Yığmamızın start heyətində Kamran Ağayev, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Təmkin Xəlilzadə, Qara Qarayev, Mahir Mədətov, Emin Mahmudov, Riçard Almeyda, Dmitri Nazarov və Rauf Əliyev yer alıblar.

Malta yığmasının ilk on birliyində isə meydana Endryu Hoqq, Cozef Zerafa, Stiv Borq, Andrey Aqius, Rayan Fenek, Pol Fenek, Maykl Mifsud, Andre Şembri, Cozef Mbonq, Jan-Pol Farruca və Rayan Kamilleri çıxacaqlar.

---------

23:10

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Malta-Azərbaycan oyunu başlayıb. Milli.Az Trend-ə istinadən bildirir ki, Maltadakı "Ta Qali" milli stadionunda keçirilən oyunu monteneqrolu hakimlər briqadası idarə edir.

Matçın baş hakimi Nikola Dabanoviçdir. Ona Milovan Djukiç və Jovica Tatar kömək edirlər. Dördüncü hakim funksiyasını Aleksandar Djikanoviç yerinə yetirir.

Yığmamızın start heyətində Kamran Ağayev, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Təmkin Xəlilzadə, Qara Qarayev, Mahir Mədətov, Emin Mahmudov, Riçard Almeyda, Dmitri Nazarov və Rauf Əliyev yer alıblar.

Malta yığmasının ilk on birliyində isə meydana Endryu Hoqq, Cozef Zerafa, Stiv Borq, Andrey Aqius, Rayan Fenek, Pol Fenek, Maykl Mifsud, Andre Şembri, Cozef Mbonq, Jan-Pol Farruca və Rayan Kamilleri çıxacaqlar.

Milli.Az