Bu gün köhnə Yeni ildir

Bu gün köhnə Yeni ildir
09:17 13 Yanvar 2015
213 Sosial
Ölkə mətbuatı
A- A+

Ölkəmizdə köhnə Yeni il barədə məlumat olsa da bu gün qeyd edilmir
Bu gün köhnə təqvimlə yeni il girir. Yanvarın 13-də Yeni ilin qeyd olunması Rusiyada xristianlığın qəbulundan sonra baş verib. Bu tarixi pravoslav kilsəsi İsa peyğəmbərin doğum günü ilə əlaqədar tərtib etdiyi təqvim əsasında müəyyənləşdirib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, XVIII əsrdə Rusiya imperatoru Birinci Pyotr pravoslav kilsəsinin tərtib etdiyi təqvimi ləğv edərək yeni ilin bütün dünyada olduğu kimi ölkəsində də yanvarın 1-dən başlamasına göstəriş verib.

Katoliklər isə yeni ili e.ə 45-ci ildə roma imperatoru Yuli Sezarın tərtib etdiyi təqvim əsasında indiyə qədər yanvarın 1-i qeyd edirlər.

Köhnə Yeni ilin bayram rəmzlərinə gəldikdə isə bunun təzə yeni ildən heç bir fərqi yoxdur. Yalnız keçmişdə qeyd olunan köhnə Yeni ildə insanlar qurbanlar verirmişlər. Tarixi mənbələrə görə, Yeni il qarşılayanlar Saturn adlı tanrıya yetkin qızları qurban verirmişlər. Onlar qızları şam ağacına bağlayaraq donaraq ölmələrinə səbəb olurlarmış. Sonralar insanlar qızların əvəzinə heyvan qurbanları veriblər.

Şaxta babanın insanlara hədiyyə verməsi ənənəsinin yayılması isə eramızın VII əsrinə təsadüf edir. Bu, bizanslı din xadimi Miklus tərəfindən yayılıb. Tarixdə baş verən dəyişikliyə baxmayaraq köhnə Yeni il hazırda da keçirilir.

Azərbaycanda isə əhali arasında köhnə Yeni il bayramı haqqında məlumat olsa da bu günü qeyd etmirlər.

Qeyd edək ki, Rusiya ilə yanaşı, köhnə yeni il Ukrayna, Belarus, Serbiya, Çernoqoriya və İsveçrədə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR