"Platini ilə aramda problem yoxdur"

09:42 13 Yanvar 2015
170 İdman
Ölkə mətbuatı
A- A+

2014-cü ilin ən yaxşı futbolçusu seçilən "Real" (Madrid) klubunun hücumçusu Kriştianu Ronaldu UEFA prezidenti Mişel Platini ilə aralarında problem olması haqda yayılan xəbərlərə münasibət bildirib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "France Football"a danışan portuqaliyalı futbolçu Platini ilə heç bir problem yaşamadığını deyib:
 
"Platini ilə aramızda heç bir problem yoxdur. Onun öz fikirləri var və buna hörmətlə yanaşıram. İstənilən halda, "Qızıl top" mükafatı artıq məndədir. Ona görə bu söz-söhbət yersizdir".
 
Qeyd edək ki, klublararası dünya çempionatının qalibi olan Ronaldu mükafatlandırma zamanı Platini ilə görüşməmişdi. Bundan sonra tərəflər arasında soyuq münasibətlərin olması haqda xəbərlər yayılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR