İspaniya çempionatının dördüncü turu start götürüb
Açılış matçı “Atletiko Madrid” klubunun doğma meydanında olub. Qarşılaşmanın favoriti meydan sahibləri olsalar da qonaq “Eibar” komandası ilk qola imza atıb. Belə ki, görüşün 87-ci dəqiqəsində Sergi Enriç fərqlənib. “Atletiko Madrid”in təmsilçisi Qarces Moreno hesabı bərabərləşdirib.
“Real” isə səfərdə “Atletik Bilbao” klubuna qonaq olub. Matç bərabər başa çatıb - 1:1. Belə ki, 32-ci dəqiqədə İker Munyainın qolundan sonra 63-ci dəqiqədə İsko fərqlənib.
Turun digər oyunlarında isə hesab belədir:
“Real Sosyedad” – “Barselona” - 1:2
“Valensiya” – “Real Betis” - 0:0