4 uşaq anası olduğuna heç kim inanmır -

Məşhur aktyor Alek Bolduinin xanımı bədən quruluşu ilə gənc qızlara meydan oxuuyur.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, 34 yaşlı Hilaria Balduin qüsursuz bədən quruluşunu yoqaya və aktiv həyat tərzinə borclu olduğunu bildirib. O, bu barədə "Womens Health Mag"ın saytına açıqlama verib:

"Hamiləlikdən əvvəl də formadaydım, hamiləlik zamanı da. Bədənimin genişlənməsinə, çəki almağıma və fiziki olaraq yavaşlamağıma rəğmən hər gün aktiv olmaq üçün əlimdən gələni edirdim. Dördüncü körpəmə hamilə olduğum dövrdə özümü son dərəcə yorğun hiss edirdim, sadəcə uzanmaq istəyirdim, ancaq mənə ehtiyacı olan 3 uşağım daha vardı və onların arxasınca qaçmaq məcburiyyətindəydim"- deyə bildirib. Yoqa müəllimliyi edən Hilaria bildirir ki, yoqayla məşğul olmağın yeri və zamanı yoxdur.

Elza Seyidcahanın sinə dekoltesi tənqid edildi - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR