"Atletiko" futbolçusu Anxel Korreanın müqaviləsini yeniləyib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 23 yaşlı futbolçunun müqaviləsinin müddətini 2024-cü ilə qədər uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat verib.

"Atletiko" Korreanı 2014-cü ildə 7,5 milyon avro qarşılığında Argentinanın "San Lorenso" klubundan transfer etmişdi.

Milli.Az