Pərviz Abdullayev: "Ermənilər mənimlə döyüşdə məğlub olacaqlarını əvvəlcədən bilib, döyüşmədilər"

Pərviz Abdullayev: "Ermənilər mənimlə döyüşdə məğlub olacaqlarını əvvəlcədən bilib, döyüşmədilər"
14:27 24 Aprel 2015
476 İdman
Ölkə mətbuatı
A- A+

Mayın 2-də İtaliyanın Verona şəhərində "KunLun Fight" yarışı keçiriləcək. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ölkəmizi bu yarışda 73 kq çəki dərəcəsində peşəkarlar arasında 5 dəfə dünya çempionu olmuş Pərviz Abdullayev təmsil edəcək. "Qəbələ" idman kulubunun təmsilçisi yarışla bağlı saytımıza müsahibə verdi.

- Pərviz, istərdik ki, bu yarışla bağlı oxucularımıza məlumat verəsiz.

- Bu yarış hər il təşkil olunur. Mən də bu yarışa dəvət almışam. Qeyd edim ki, bu yarışda 4 dəfə mübarizə aparmışam. Yarışa hazırlıq yüksək səviyyədə gedir. Məşqlərimi "12 may Cobra" kulubunda davam etdirirəm. Bütün gücümü səfərbər edib bu yarışda qalib gəlmək istəyirəm. Məşqçilərimiz də əllərindən gələni əsirgəmirlər.

- Rəqibinizin adı məlumdur?

- Bəli. Artıq üz-üzə gələcəyim rəqibimin adı məlumdur. Aleksandru Popesku adlı rəqiblə qarşılaşacam. Kimiliyindən asılı olmayaraq həmişə rinqə qələbə əzmi ilə çıxmışam. Budəfəki döyüşümdə də çalışacam ki, mənə olan ümidləri doğruldum və vətənə qələbə ilə dönüm. Çox maraqlı bir döyüş olacaq.

- Pərviz, bildiyimizə görə, siz erməni idmançı ilə qarşılaşacaqdınız…

- Tamamilə düz qeyd etdiniz. Mən əvvəl erməni idmançısı Dragonla qarşılaşmalı idim. Lakin o mənimlə döyüşdən imtina edərək rinqə çıxmadı. Bundan sonra daha bir erməni idmançısı Manvel Çakoyanın mənimlə döyüşü gözlənilirdi. O da həmyerlisi kimi mənimlə döyüşdən imtina etdi. Görünür ki, ermənilər mənimlə döyüşdə məğlub olacaqlarını əvvəlcədən bilib, döyüşmədilər (gülür).

- İndiyə qədər neçə peşəkar döyüş keçirmisiniz?

- Bu döyüşümə qədər 40 görüş keçirmişəm. 37 qarşılaşmada rinqi qələbə ilə tərk etmişəm. 12 dəfə rəqibimə nokautla qalib gəlmişəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR