"Arsenal"ın futbolçusu Emil Smit-Rouv peşəkar karyerasında ilk rəsmi qolunu Bakıda vurub.
Milli.Az oxu.az-a istinadən bildirir ki, 18 yaşlı hücuma meyilli yarımmüdafiəçinin 53-cü dəqiqədə "Qarabağ"ın qapısından keçirdiyi qol onun üçün ilk olub.
Qeyd edək ki, bu ildən "Arsenal"la peşəkar müqavilə bağlamış Emil Smit-Rov yayda Beynəlxalq Çempionlar Kubokunda Madrid "Atletiko"suna da qol vurub. Lakin həmin görüş rəsmi yox, yoxlama oyunu statusu daşıyırdı.
Milli.Az