Elariz xəbərdarlıq etdi: diqqətli olun!

Elariz xəbərdarlıq etdi: diqqətli olun!
17:57 24 Aprel 2015
72 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elariz Məmmədoğlu həmkarlarını saxtakarlıqda günahlandırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi “ATV Maqazin” verilişində sənətçilərin toy dəvəti alanda ev yiyəsini aldatdığını iddia edib:

“Bir müğənni ilə bütov toy danışırlar. Amma ifaçı girir oxuyur, toy sahibinin başı qarışanda, qaçır başqa məclisə. Dəfələrlə bunun şahidi olmuşam. Yarım saatlıq toya getmişəm, məni təqdim edəcək müğənni olmayıb. Elə sənətçi var ki, gündə beş toy danışır. Heç vaxt belə şey etmirəm. Gündə ancaq bir toya razılıq verərəm. Məsələn, Akif Süleymanbəyli ansamblından istifadə edir. Bir dəstəsi var. Digərlərinə isə ağ pencək geyindirir, olur Akif Süleymanbəylinin dəstəsi. Beləcə, gündə bir neçə toyda olur. Ev yiyəsi musiqiçiləri tanımır ki, elə bilir, həqiqətən də, o ansambldır. Bunu bütün şəhər bilir. O, bir gündə beş toyda ola bilir. Belə saxtakarlara aldanmayın, ayıq olun. Müğənnini bütov toya çağıran məclis yiyəsi haqqını tələb etsin. Çünki bütov toyun ayrı, yarımsaatlığın başqa qiyməti var".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/336443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR