Oyunun 53-cü dəqiqəsində hesab bərabərləşir. Araz Abdullayev fərqlənir 1:1. Oyun bu hesabla başa çatır. Millimiz hazırda qrupunda 6 xalla Kosovodan sonra 2-ci yerdə qərarlaşıb.
***
Oyunda hesab açıldı. Qonaq komandanın heyətində 37-ci dəqiqədə Muskat fərqlənir 0-1.
***
Azərbaycan-Malta oyunu başladı. Oyunu buradan canlı izləyə bilərsiniz.
***
UEFA Millətlər Liqasının 4-cü turunda saat 20:00-da
başlayacaq Azərbaycan – Malta oyunu üçün heyətlər açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı
tərkibdə çıxacaqlar:
Azərbaycan: 1. Kamran Ağayev (k.), 19. Rahil
Məmmədov, 22. Bədavi Hüseynov 4. Pavel Paşayev, 5. Maksim Medvedev,
2. Qara Qarayev, 20. Riçard Almeyda, 7. Araz Abdullayev, 13. Dmitri
Nazarov, 17. Mahir Mədətov, 16. Rüfət Dadaşov
Ehtiyat oyunçular: 12 Şahrudin Məhəmmədəliyev, 23.
Səlahət Ağayev, 3 Ürfan Abbasov, 6 Bəxtiyar Həsənalızadə, 8 Emin
Mahmudov, 9 Namik Ələskərov, 10. Ruslan Qurbanov, 11 Ramil
Şeydayev, 14 Rahid Əmirquliyev, 15 Cavid İmamverdiyev, 18 Məhəmməd
Mirzəbəyov, 21. Təmkin Xəlilzadə
Malta: 1. Endryu Hoqq, 3. Jozef Zerafa, 4. Stiv
Borq, 5. Andre Aqius, 8. Pol Feneç, 9. Jozef Mbonq, 10. Andre
Şembri (k), 11. Rouen Muskat, 15. Xuan Korbalan, 17. Rayan
Kamilyeri, 19. Alfred Effionq
Ehtiyat oyunçular: 12. Anri Bonelyo, 23. Stiv Sultana, 16. Ferdinando Apap, 22. Keyn Attard, 2. Maykl Conson, 21. Roderik Briffa, 6. Cek Qreç, 18. Byorn Kristensen, 17. Stefan Pisani, 20. Endryu Kohen, 16. Jan-Pol Farrucia, 13. Kleyton Faylla
***
UEFA Millətlər Liqasında qrup mərhələsinin IV turuna bu gün start veriləcək.
Publika.az xəbər verir ki, Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
Komandamız D liqasının III qrupunda Malta ilə üz-üzə gələcək. İki gün əvvəl Farer adaları ilə səfərdə qarşılaşan Qurban Qurbanovun yetirmələri budəfəki rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Qrupdakı ilk iki sınağında heç-heçəyə razılaşan yığmamız Farer adalarını səfərdə böyük hesabla (3:0) məğlub edərək, vəziyyəti düzəldib. Komandamız lider Kosovo ilə aradakı xal fərqinin daha da artmaması üçün doğma azarkeşləri önündə autsayderdən mütləq 3 xal almalıdı.
UEFA Millətlər Liqası. D liqası, III qrup
14 oktyabr
20:00. Azərbaycan – Malta
Bakı Olimpiya Stadionu. Hakimlər: İvan Bebek, Tomislav
Petroviç, Miro Qrqiç, Qoran Pataki (hamısı Xorvatiya)
|
1. |
Kosovo |
3 |
2 |
1 |
0 |
5-1 |
7 |
|
2. |
Azərbaycan |
3 |
1 |
2 |
0 |
4-1 |
5 |
|
3. |
Farer adaları |
3 |
1 |
0 |
2 |
3-6 |
3 |
|
4. |
Malta |
3 |
0 |
1 |
2 |
3-7 |
1 |