Madridin "Atletiko" klubunun və Fransa millisinin hücumçusu Antuan Qrizmann PSJ klubuna keçə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, PSJ-nin braziliyalı Neymarla yollarını ayıracağı təqdirdə baş verə bilər.

Paris klubu Qrizmannı 150 milyon avroya almaq fikrindədir.

PSJ Fransa millisində olduğu kimi Qrizmann-Mbappe duetindən yararlanmaq niyyətindədir.

Qeyd edək ki, PSJ Neymarı 220 milyon avroya sata biləcəyini açıqlayıb.

Milli.Az