[ 25 Aprel 2015 22:27 ]


Ölkədə fövqəladə vəziyyət elan edilib

Bakı-APA. Bu gün Nepalda baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 1500 nəfəri keçib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, The Times of India nəşri məlumat yayıb.

“BBC”-nin məlumatına görə, azı 1700 nəfər xəsarət alıb.

Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.

Nemal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib.