Futbol üzrə İspaniya Kubokunda 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

"Valensiya" səfərdə aşağı liqa təmsilçisi "Ebro"ya çətinliklə də olsa, qalib gəlib. Madrid "Atletiko"su da "Sant Andreu" üzərində minimal hesablı qələbəyə sevinib. Günün digər iki matçında isə qalib müəyyənləşməyib.

İkinci oyun günündə Madrid "Real"ı səfərdə "Melilya"nı 4 cavabsız qolla məğlub etməklə demək olar, növbəti mərhələyə vəsiqəni təmin edib. La Liqanın digər nəhəngi "Barselona" isəə səfərdə "Leonesa"nı minimal hesabla üstələyib.

Son oyun günündə 6 qarşılaşma keçirilib. "Sevilya"nın səfərdə aşağı liqa təmsilçisi "Vilyanovense"nin müqavimətini qıra bilməməsi diqqətçəkən olub. "Selta" ilə "Real Sosyedad"ın duelində qalib müəyyənləşməyib. "Vilyarreal" da 6 qolun qeydə alındığı "Almeriya" ilə səfər matçında qələbə qazana bilməyib. "Espanyol" isə "Kadis"ə uduzub.

İspaniya Kuboku, 1/16 final mərhələsi, ilk oyunlar

30 oktyabr

Ebro - Valensiya 1:2
Luqo - Levante 1:1
Leqanes - Rayo Valyekano 2:2
Sant Andreu - Atletiko 0:1

31 oktyabr

Melilya - Real 0:4
Kordoba - Xetafe 1:2
Alaves - Jirona 2:2
Malyorka - Real Valyadolid 1:2
Leonesa - Barselona 0:1

1 noyabr

Sportinq (Xixon) - Eybar 2:0
Selta - Real Sosyedad 1:1
Vilyanovense - Sevilya 0:0
Almeriya - Vilyarreal 3:3
Kadis - Espanyol 2:1
Rasinq - Betis 0:1

Milli.Az