Cəlilabadda minik avtomobillərinin toqquşması nəticəsində yerli sakin xəsarət alıb.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində baş verib.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Uzuntəpə kənd sakini, 1994-cü il təvəllüdlü Həşimova Türkanə Ələddin qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az