DİM dövlət qulluğuna qəbul üçün yeni müsahibə elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (126 vəzifə) və B (612 vəzifə) növünə aid olan 738 vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə elan edir.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti dekabrın 5-dək davam edəcək.

Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilərlər.

Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (530 vəzifə) tərəfindən təqdim olunub.

Müsahibəyə Kənd Təsərrüfatı Nazirliyi (530 vəzifə), Qida Təhlükəsizliyi Agentliyi (90 vəzifə), Mədəniyyət Nazirliyi (56 vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (23 vəzifə), Müdafiə Sənayesi Nazirliyi (13 vəzifə), Dövlət Maliyyə Nəzarəti Xidməti (8 vəzifə), Gəncə Apelyasiya Məhkəməsi (6 vəzifə), Milli Televiziya və Radio Şurası (1 vəzifə), Hacıqabul Rayon Məhkəməsi (1 vəzifə), Şamaxı Rayon Məhkəməsi (2 vəzifə), Nəsimi Rayon Məhkəməsi (8 vəzifə) vakant yerlər çıxarıb.

Ümumilikdə, müsahibəyə çıxarılmış 738 vakant vəzifənin 12- si 4-cü təsnifata,124- ü 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 555-i isə 7-ci təsnifata aid olmaqla,27-si AB, 99-u AC, 99-u BA, 513-ü isə BB vəzifə qrupuna aiddir.

Hava şəraiti pisləşəcək - XƏBƏRDARLIQ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)