Türkiyənin "Trabzonspor" klubunda gözlənilməz ayrılıq baş verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qara Dəniz təmsilçisi Burak Yılmazı komandadan göndərib. Təcrübəli hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Burak Yılmaz bu mövsüm "Trabzonspor"un heyətində Türkiyə Super Liqasında 7 matçda meydana çıxıb və 5 qol vurub.

Elçin
Milli.Az