Bu gün əməkdar artist Elza Seyidcahan cəbhə bölgəsində əsgərlər qarşısında çıxış edib.
Kult.az xəbər verir ki, Ağdamda yerləşən N saylı hərbi hissədə Bayraq Günü münasibətilə təşkil edilən mərasimdə müğənni-bəstəkar geniş konsert proqramı ilə çıxış edib, sevilən mahnılarını səsləndirib.
Mərasimdə Ağdam icra başçısı Vaqif Həsənov da daxil olmaqla, bir çox rayon rəsmiləri iştirak edib.