"15 noyabr... Bu tarixi heç sevmirəm. Amma ola bilsin tarixin də günahı yoxdur. İnsan gəldiyi və getdiyi günü də sevməlidir".

Publika.az xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov instaqramda yazıb. Hacı Nuran anasının gənclik fotosunu paylaşaaraq bildirib ki, o, 15 noyabrda vəfat edib:

"Bir neçə il öncə anam uzun sürən xərçəng xəstəliyindən sonra həyatı tərk edəndə mən lap tək qaldım. Hələ də bu ayrılığın sonuna tələsirəm. Sonra da fikirdən, stressdən özüm də xəstəlik tapdım. Allaha şükürlər olsun, mən müalicə olunuram, amma anamə nə qədər də müalicə etsək xilas edə bilmədik.

Ana haqqında nə yazılsa azdır. Kaş ki, tarixi geri çəkmək gücüm olaydı. Rahat yat sevimli anam... Səndən bir də olmayacaq".