Falkao "Monako"nu "

“Monako”nun hücumçusu Radamel Falkao komandadan ayrılmaq istəyir.

Metbuat.az-ın “Marca” nəşrinə istinadən yaydığı xəbərə görə, 32 yaşlı futbolçu karyerasını “Real”da davam etdirmək niyyətindədir. Kolumbiyalı forvardın meneceri vasitəsilə “kral klubu”na xəbər göndərdiyi iddia olunur.

Madrid təmsilçisində artıq bu məsələnin müzakirə olunduğu bildirilir. Klub daxilində bəziləri hücum xəttini gücləndirməyin lehinə olsa da, bəziləri gənc və istedadlı futbolçuların alınmasının tərəfdarıdır.

Qeyd edək ki, Falkao “Monako”ya 2013-ci ildə Madrid “Atletiko”sundan keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR