Azərbaycan yığması Farer adaları ilə keçirdiyi UEFA Millətlər Liqasının V tur matçında daha bir itki ilə üzləşib.
Milli.Az "Report"a istinadən bildirir ki, 71-ci dəqiqədə müdafiəçi Pavlo Paşayev əvəzlənməli olub. O, yerini Rahil Məmmədova verib.
Daha əvvəl qapıçı Kamran Ağayev də zədə səbəbindən ikinci hissənin əvvəlində yerini Səlahət Ağayevə verib.
Hazırda Azərbaycan millisi öndədir - 2:0.
Milli.Az