ABŞ-da bir binada yanğın baş verib.
Metbuat.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, balasını yanğından xilas etmək istəyən ana onu pəncərədən aşağı atıb. Binanın yanında dayanan yanğındün mühafizə briqadasının əməkdaşları döşək açaraq körpəni havada tutublar.
İnsident Texas ştatında baş verib. Bir binanın üçüncü mərtəbəsində yanğın meydana gəlib. Qısa müddət ərzində alov binanı sarıb və övladını xilas etmək istəyən qadın onu pəncərədən atıb. Yanğınsöndürənlər isə döşək açaraq körpəni xilas ediblər. Binada yaşayan bir neçə nəfər də yanğından qurtulmaq üçün çarəni pəncərədən tullanmaqda görüblər.