Türkiyə Super Liqasında 13-cü turun oyunlarına start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə “Qalatasaray” “Konyaspor”la qarşılaşıb. Tərəflər hərəyə bir dəfə fərqləndikləri oyundan 1 xalla ayrılıblar.

Turun mərkəzi oyunu Trabzonda baş tutacaq. “Trabzonspor” doğma meydanda “Fənərbaxça”nı qəbul edəcək.

Türkiyə Super Liqası, 13-cü tur

23 noyabr

Qalatasaray - Konyaspor 1:1

Qol: U.Demirok, 69-öz qapısına - Skubiç, 90-pen.

24 noyabr

14:30 Ərzurmspor - Antalyaspor
17:00 Alanyaspor - Kayserispor
20:00 Ankaragücü - Beşiktaş

25 noyabr

14:30 Sivasspor - Rizəspor
17:00 Akhisarspor - Bursaspor
20:00 Kasımpaşa - Yeni Malatyaspor
20:00 Trabzonspor - Fənərbaxça

26 noyabr

21:00 Göztəpə - Başakşəhər