"Real" İspaniya La Liqasında növbəti oyununa çıxıb.
Metbuat.az-ın Qol.az-a istinadən məlumatına görə, Madrid klubu 13-cü turda səfərdə "Eybar"la qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Eybar" - "Real" - 3:0
Qollar: Eskalante, 16, Enrix, 52, Kike, 57
Bu, "Real"ın baş məşqçisi Santyaqo Solarinin yeni klubunda ilk məğlubiyyəti olub.
Bu nəticədən sonra "kral klubu" 20 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, turnir cədvəlinə 24 xalla "Barselona" başçılıq edir. "Sevilya", "Atletiko", "Alaves" hərəyə 23 xalla 2-4-cü pillələri bölüşdürür.