İspaniya "La Liqa"sının 13-cü turu çərçivəsində Madrid "Atletiko"su "Barselona"nı qəbul edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk dəqiqələrdən gərgin şəraitdə keçən oyunda hesab yalnız 77-ci dəqiqədə açılıb. "Atletiko"nun hücumçusu Dieqo Kosta fərqlənib.
Oyunun sonuncu dəqiqəsində isə, Usman Dembele qol vuraraq komandasının məğlubiyyətdən xilas edib - 1:1.
Beləliklə, bu oyundan sonra "Barselona"nın 25 xalı, "Atletiko"nun isə 24 xalı var. Komandalar 1 və 2-ci yerləri bölüşür.
Milli.Az