Türkiyə Superliqasında 13-cü tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə bir görüş keçirilib.

Lider "Başakşəhər" səfərdə "Göztəpə" ilə qarşılaşıb. Rəqibini iki cavabsız qolla məğlub edən qonaqlar liderliyini 30-a çatdırıb. İstanbul klubunu 2-ci pillədə qərarlaşan "Kasımpaşa"da 5 xal öndədir. 3-cü pillədə 24 xalla "Qalatasaray"dır.

26 noyabr

Türkiyə Superliqası, 13-cü tur

"Göztəpə" - "Başakşəhər" - 0:2
Qollar:
Viska, 9-pen. Bajiç, 73

23 noyabr

"Qalatasaray" - "Konyaspor" - 1:1

24 noyabr

"Ərzurumspor" - "Antalyaspor" - 1:0

"Alanyaspor" - "Kayserispor" - 5:0

"Ankaragücü" - "Beşiktaş" - 1:4

25 noyabr

"Sivasspor" - "Çaykur Rizəspor" - 1:1

"Akhisar" - "Bursaspor" - 2:4

"Kasımpaşa" - "Yeni Malatyaspor" - 3:0

"Trabzonspor" - "Fənərbaxça" - 2:1

Milli.Az