"Fənərbağça"nın heyətində ciddi itki baş verib.
Milli.Az xəbər verir ki, İstanbul təmsilçisinin qanalı yarımmüdafiəçisi Andre Ayu zədələnib. 29 yaşlı futbolçunun sağ əl barmağı qırılıb.
Super Liqanın 13-cü turunda "Trabzonspor"la oyunda zədələnən təcrübəli yarımmüdafiəçinin durumuna aydınlıq gəlib. Andre Ayunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, "Trabzonspor" - "Fənərbağça" görüşü 2:1 hesabı ilə başa çatıb.
Elçin
Milli.Az