“Qızıl top”u Luka Modriç alacaq

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatını qazanacaq futbolçunun adı açıqlanıb.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, İspaniyanın “Onda Cero” radiosu həmin oyunçunun “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç olduğunu əminliklə vurğulayıb. Xorvatiyalı pleymeykerin, səsvermənin nəticələrinə əsasən, ən yaxın izləyicilərini böyük üstünlüklə qabaqladığı bildirilir.

Məlumata görə, ikinci yeri İtaliya “Yuventus”unun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu tutacaq. İspaniya “Atletiko”sunun fransalı forvardı Antuan Qrizmann isə üçüncü olacaq.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək. Luka Modriç iki ay öncə FIFA-nın keçirdiyi sorğuda ilin ən yaxşı futbolçusu seçilib və “The Best” mükafatına layiq görülüb. O, 2018-ci ildə “Real Madrid”lə Çempionlar Liqasını qazanıb və Xorvatiya millisinin heyətində dünya ikincisi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR