CVN internet televiziyasında qonaq olan xalq artisti Rasim Balayevin əməkdar artist Elza Seydcahanın şeir yazmasını tənqid etməsi haqda xəbər vermişdik.
Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, E. Seyidcahanın R. Balayevə cavabı özünü çox gözlətməyib.
Elza Seyidcahan unikal.org-a bildirib ki, Rasim Balayevin onun haqqında fikir söyləməsini xoşbəxtlikdir:
Əməkdar artist əlavə edib ki, televiziya rəhbərləri onun şeir söyləməsini bəyənir:
"Televiziya rəhbərləri mənim şeirlərimi bəyənməsəydilər məni ARB kanalında şairlər müsabiqəsində münsif əyləşdirməzdilər. Düzdür, bəzi insanlar bunu qəribçiliyə yozdular. Bu gün xalqımız və yazarlar mənə deyirlər ki, o verilişdə olan münsif heyətində ən doğru, dürüst məsləhəti siz və Qulu Ağsəs verirdi. Yəni, demək istəyirəm ki, mən ora xahiş-minnət edib çıxmamışdım. Məni həmin verilişə yalvara-yalvara gətirmişdilər. Orada da şeir yazanların çoxu mənim tərzimdə yazırdılar. Mən Nəsimi, Füzuli, Seyid Əzim Şirvani yox Elza Seyidcahanam".
“Whatsapp”da insanları təşvişə salan məlumat YAYILIB - Oxumaq üçün tıkla