Təhsil Nazirliyi noyabrda vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistikanı açıqlayıb

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Təhsil Nazirliyindən Metbuat.az-a bildiriblər ki, bu müddət ərzində həmin mərkəzlərə ümumilikdə 9 min 306 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 6 min 747 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 min 559 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1246 sənəd (476 ərizə, 770 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Müraciətlər daha çox şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi məsələləri əhatə edib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)