İspaniyanın "Atletiko" klubu ciddi itki ilə üzləşib.
Milli.Az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Dieqo Kosta zədələnib.
La Liqanın XIV turunda "Jirona" ilə qarşılaşmada (1:1) zədə alan 30 yaşlı futbolçu tibbi müayinədən keçirib. Həkimlər futbolçunun sol ayağında problem aşkarlayıblar. Hücumçu zədəsinə görə 2-3 ay yaşıl meydanlardan kənarda qalmalı olacaq.
İspaniya millisinin üzvü yaxın günlərdə klubun nəzarəti ilə Braziliyada əməliyyat olunacaq.
Qeyd edək ki, Kosta bu mövsüm Madrid klubunun heyətində ümumilikdə, 15 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.
Milli.Az