Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında 10 p.m elektrik naqilləri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı 30 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az