Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinə start verilib.
Publika.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.
Elita təmsilçilərindən “Trabzonspor” və “Antalyaspor” ilk oyunda
aşağı liqa klubları ilə heç-heçəyə razılaşıb. “Göztəpə” və
“Alanyaspor” isə cütün taleyini demək olar ki, ilk oyundaca həll
etməyi bacarıb. Super Liqanın daha bir təmsilçisi - “Rizəspor” isə
doğma meydanda 1-ci liqa klubu “Balıkəsirspor”a 2 cavabsız qolla
məğlub olub.
İkinci oyun günündə daha beş görüş keçirilib. Səfərdə
“Keçiörengücü” ilə qarşılaşan “Qalatasaray” çətinliklə də olsa,
qalib gəlib. “Ümraniyəspor” evdə “1461 Trabzon”, “Boluspor” isə
“Van Bələdiyəspor” üzərində darmadağına sevinib. “Altay”ın qonağı
olan “Kayserispor” da ilk oyundan qələbə ilə ayrılıb. Amma “Adana
Dəmirspor” səfərinə yollanan “Başakşəhər” ilk görüşünü heç-heçə
başa vurub.
Türkiyə Kuboku, 5-ci təsnifat mərhələsi, ilk
oyunlar
4 dekabr
Sivas Bələdiyəspor - Trabzonspor 2:2
Gənclərbirliyi - Hatayspor 2:1
Nazilli Bələdiyəspor - Göztəpə 0:3
Antalyaspor - Darica Gənclərbirliyi 2:2
Alanyaspor - Kahramanmaraşspor 7:2
Rizəspor - Balıkəsirspor 0:2
5 dekabr
Keçiörengücü - Qalatasaray 1:2
Ümraniyəspor - 1461 Trabzon 4:1
Boluspor - Van Bələdiyəspor 5:1
Altay - Kayserispor 1:2
Adana Dəmirspor - Başakşəhər 1:1
6 dekabr
14:00. Bodrumspor - Ankaragücü
16:00. Fatih Karagümrük - Akhisarspor
18:00. Menemen Bələdiyəspor - Kasımpaşa
19:30. Yeni Malatyaspor - Etimesqut Bələdiyyəspor
21:30. Fənərbaxça - Girəsunspor