Nazpəri Dostəliyeva ilə Elza Seyidcahan YENƏ DƏ EFİRDƏ...

Nazpəri Dostəliyeva ilə Elza Seyidcahan YENƏ DƏ EFİRDƏ...
13:23 15 Dekabr 2018
115 Şou
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın səsi" yarışmasında Xalq artisti Nazpəri Dostəliyeva ilə Əməkdar artist Elza Seyidcahan arasında gərgin münasibət davam edib.

Publika.az xəbər verir ki, müsabəqinin dünənki buraxılışında müğənnilər arasındakı soyuq müharibə veriliş boyu davam edib. Seyidcahan tələbələrin çıxışlarına iradını çatdırarkən Dostəliyeva onun sözlərini kəsərək, etirazını bildirib.

"Gələcəkdə kimin harada oxuyacağına heç kim zəmanət verə bilməz. Çünki heç kim dünyaya gələn kimi "Eurovision"a qaçmayıb. Əsas odur ki, uşaqların ürəyi və sevgisi var. Onlar bu müsabiqəni böyük sevgi ilə qarşılayıb çıxış edir", - deyə N.Dostaliyeva söyləyib.

Həmkarının onun çıxışına madixilə etməsinə qəzəblənən Elza Seyidcahan "Başqası fikir deyəndə müdaxilə etmədim, başqası da mənə müdaxilə etməsin. Mən öz sərhədimdə oturmuşam. Cənub-Şərq, Şimal-Şərq mənə məxsusdur. Beş ildir qalibəm, inşallah bu dəfə də qalib olacam. Özlərinə sərhəd çəkənlər öz yerində otursun. Camaata müdaxilə etmirəm", - deyərək cavabını verib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/263191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR