“Sevilya” azarkeşləri ayağa qalxdı: “Sevgimiz müzakirə edilə bilməz”

“Sevilya” azarkeşləri ayağa qalxdı: “Sevgimiz müzakirə edilə bilməz”
19:22 15 Dekabr 2018
35 İdman
Ölkə mətbuatı
A- A+

Satılması ehtimalı olan "Sevilya"nın azarkeşləri etirazlara başlayıb.

Milli.Az komanda.az-a istinadən bildirir ki, Beynəlxalq Futbol Liqası, "Nyu England Patriots" və "Kraft Group"un sahibi Robert Kraftın "Sevilya"nı almaq ehtimalı yüksəkdir. Hazırkı prezident Pepe Kastronun satış üçün müzakirələrə başladığı deyilir. Amma satışa mane olan bir məqam var: klubun azarkeşləri.

"Sevilya" tərəfdarları Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən "Krasnador"la ev oyununda tribunalarda "Sevilya" satılıq deyil, sevgimiz müzakirə edilə bilməz" yazılı pankart açıblar.

Gələcəkdə klubun taleyinin necə olacağı hələ bilinməsə də, məlum olan odur ki, azarkeşlər heç bir halda "Sevilya"nın satılmasını istəmirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/712854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR